Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. 44-cü dəqiqədə "Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+9-cu dəqiqədə isə Sofian Çakla penaltini dəqiq yerinə yetirib.
Qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "bayquşlar" 6-cı sıradakı "Turan Tovuz"a çatıb. "Qartallar" isə 30 xalla ikincidir.
Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qarabağ" "Kəpəz"ə qalib gəlib. Turun açılış oyununda "Turan Tovuz" evdə "Səbail"i məğlub edib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.
Bizim WhatsApp kanalımıza abunə olun