"Neftçi" və "Qarabağ" Misli Premyer Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.
"Report"un məlumatına görə, günün ilk matçında Bakı təmsilçisi "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. "Neftçi" 21 xalla 8-ci, Naxçıvan klubu 27 xalla 6-cı pillədə qərarlaşıb.
Turun son oyununda "Turan Tovuz" "Qarabağ"ın qonağı olacaq. Bu görüş saat 18:30-da başlayacaq. "Köhlən atlar" 36 xalla ikinci, ehtiyatda bir matçı da olan Tovuz təmsilçisi 30 xalla üçüncüdür.
Misli Premyer Liqası
II dövrə, XVIII tur
1 fevral
16:00. "Araz - Naxçıvan" – "Neftçi"
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Vüqar Həsənli.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
"Liv Bona Dea Arena"
18:30. "Qarabağ" – "Turan Tovuz"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.