IMG-LOGO

Premyer Liqada ötən ilin dekabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

31 Jan 2026 15:02 3 baxış
IMG

Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində ötən ilin dekabr ayının ən yaxşı qolunun müəllifi olan "Kəpəz"in futbolçusu Ryonosuke Ohori mükafatlandırılıb.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Mükafatı futbolçuya XVIII turun "Kəpəz" – "Şamaxı" görüşündən əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.

Xəbər lenti