IMG-LOGO

Premyer Liqa: "Qarabağ" "Kəpəz"lə, "Zirə" "Sabah"la üz-üzə gələcək

27.01.2024 09:00 66 baxış
IMG

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, ilk olaraq son çempion "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək. Ağdam təmsilçisi 44 xalla liderdir. Gəncə klubu 17 xalla 9-cu sıradadır.

Günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edəcək. Meydan sahibləri 30 xalla ikinci, qonaqlar 23 xalla 8-ci pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

XX tur

15:00. “Kəpəz” – “Qarabağ” Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Mübariz Hüseynov Qəbələ şəhər stadionu

17:30. “Zirə” – “Sabah” Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Elçin Məmmədov Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti