Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 12 -ci turunun üçüncü oyunu baş tutub.
"Report"un məlumatına görə, pley-off uğrunda mübarizə aparan "Sumqayıt" və "Sərhədçi" klublarının oyununda, qonaqlar 91:63 hesablı rahat qələbə qazanıblar.
Bu, baş məşqçi Evren Alkayanın gəlişindən sonra komandanın ardıcıl üçüncü qələbəsi olub.
Ən məhsuldar basketbolçular "Sumqayıt"dan Cey Mörl (17 xal, 4 ribaund), "Sərhədçi"dən Troy Kraknel (16 xal, 5 ribaund) olublar.
Qeyd edək ki, 12-cu turun son oyunları ("Gəncə" - "NTD-İndiqo", "Şəki" - "Neftçi") 27 və 28 yanvar tarixlərində baş tutacaq.
Bizim WhatsApp kanalımıza abunə olun