IMG-LOGO

Fəaliyyətini dayandıran klublar Azərbaycan Voleybol Federasiyasına rəsmi müraciət etməyiblər

26.01.2024 12:59 69 baxış
IMG

"Son günlər sosial mediada "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandalarının fəaliyyətlərinin dayandırılması ilə bağlı açıqlamalar verilib. Buna baxmayaraq, klublar tərəfindən federasiyaya məlum məsələyə dair rəsmi müraciət olunmayıb".

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.

"Komandaların rəhbərliyi dekabr ayında bizə oyunların təxirə salınması (müddət qeyd olunmayıb) ilə bağlı rəsmi məktub ünvanlayıb. Lakin klubların tam olaraq fəaliyyətlərinin dayandırılması və çempionatda iştirak etməyəcəkləri ilə bağlı federasiyaya rəsmi müraciət olunmadığından, hazırda məsələyə rəsmi münasibət bildirə bilmirik", - deyə qurumdan vurğulanıb.

Qeyd edək ki, kişilərdən ibarət "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" klubları maliyyə problemləri ucbatından fəaliyyətlərini dayandırıblar.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti