IMG-LOGO

“WhatsApp+” işlədənlərə TƏCİLİ XƏBƏRDARLIQ: Pullarınız oğurlanacaq

26.01.2024 10:38 80 baxış
IMG

"Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır".

Lent.az-ın xəbərinə görə, bu sözləri texnologiya üzrə mütəxəssis Fərid Pərdəşünas deyib.

O, “WhatsApp+” işlədənlərin bank tətbiqlərinə giriş əldə edildiyini bildirib:

"Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir.

Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir.

Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi Bankları günahlandırır".

Xəbər lenti