IMG-LOGO

Azərbaycanda 620 nəfər intihar edib - ŞOK STATİSTİKA

26 Jan 2024 10:41 97 baxış
IMG

2023-cü ildə Azərbaycanda intihar edənlərin sayı açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib. Onun sözlərinə görə, ötən il ölkədə 620 intihar hadisəsi olub.

O bildirib ki, bunun 180-ı Bakıda, 440-ı isə digər rayon və şəhərlərdə qeydə alınıb:

“2023-cü ildə intiharlarla bağlı 35 cinayət işi başlanmaqla 5 cinayət işi məhkəməyə göndərilib. 2 iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş məhkəmə baxışındadır”.

Xəbər lenti