IMG-LOGO

İdmançı məşq zamanı öldü

26 Jan 2024 10:06 100 baxış
IMG

Rusiya Xokkey Federasiyasının mətbuat xidməti Voronejin “EkoNiva-Bobrov” xokkey klubunun 17 yaşlı hücumçusunun Voronej vilayətində idman məşqi zamanı dünyasını dəyişdiyini bildirib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə məşqin lap əvvəlində, gənc idmançıların buz üzərinə yeni çıxdıqları zaman baş verib.

“2006-cı il təvəllüdlü Venedikt Osipov qəfil yıxılıb. Ətrafda olanlar kömək göstərməyə başlayıb, 4 dəqiqə sonra təcili yardım gəlib. Lakin onu xilas edə bilməyiblər”, - məlumatda deyilir.

Rusiya Xokkey Federasiyası hadisənin səbəblərinin müəyyən edilməsində irəliləyişə nəzarət edəcəklərini bəyan edib.

Xəbər lenti