Şərabçılıq insanın mənimsədiyi qədim peşələrdəndir.
Lent.az xəbər verir ki, bu işçi Qədim Roma və Ellin mədniyyətinin də ayrılmaz parçasıdır. Bunu arxeoloji qazıntılar da sübut edir.
Əgər Baxusun Qədim Romada şərabçılıq tanrısı olduğunu tarixçilər sübut edibsə, şərabın dadını müəyyən etmək kimyaçılara nəsib olub.
Qədim Romadan qalan şərab küplərini (dolia-lat.) tədqiq edən kimyaçılar belə qənaətə gəliblər ki, şərabın fermetlənməsi və saxlanması küplərdə həyata keçirilib. Son analizlər göstərir ki, romalılar “yüksək keyfiyyətli, xoş ətirli və sabit tərkibli ilahi nektar” hazırlamağa nail olublar.
Dadına gəldikdə isə, Roma şərabı tünd olub. Tam təbii şəraitdə fermentlənən şəraba müəyyən ədviyyatlar da qatılıb.
Roma şərabı bir qədər qovrulmuş qoz və ya qızardılmış çörək dadı verib. Gil qablarda hazırlandığı üçün şərabı içərkən “quruluq” hiss olunub. Şərabın rəngi isə ağdan qırmızıyadək geniş palitranı əhatə edib.