Aprelin 1-də İraq milli futbol komandası tarixində ikinci və 40 ildən sonra ilk dəfə Dünya çempionatına vəsiqə qazanıb. Bu əlamətdar hadisəni qeyd etmək üçün ölkə sakinləri iki gün istirahət edəcəklər.
Lent.az bildirir ki, bu tarixi hadisə İraqın 2026-cı il Dünya çempionatı seçmə mərhələsinin qitələrarası pley-offunun finalında Boliviyanı 2-1 hesabı ilə məğlub etməsindən sonra baş verib.
Hücumçu Aymen Hüseyn 58-ci dəqiqədə “Mesopotamiya şirləri” komandasının qələbəsini təmin edib.
Bu uğurdan dərhal sonra İraq hakimiyyəti aprelin 1 və 2-ni rəsmi tətil elan edib.
2026-cı il Dünya çempionatının püşkatması Qrem Arnoldun komandasını Fransa, Seneqal və Norveçlə birlikdə "ölüm qrupu"na salıb.
Qarşıdan gələn turnir iyunun 11-dən iyulun 19-dək üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək.
İlk dəfə olaraq, 2026-cı il Dünya çempionatının final mərhələsində 48 komanda yarışacaq.
İdman xəbərləri