IMG-LOGO

Federasiya “Real” və ya “Barselona”ya görə 5 milyon avro itirə bilər

25.01.2024 18:00 68 baxış
IMG

İspaniya Kral Futbol Federasiyası (RFEF) “Real” və ya “Barselona”ya görə 5 milyon avro itirə bilər.

“Report” xəbər verir ki, bu, komandalardan birinin İspaniya Superkubokuna vəsiqə qazanmaması təqdirində baş verəcək.

Turnirin Səudiyyə Ərəbistanında təşkili RFEF-ə hər il 40 milyon avro qazandırır. Ancaq müqavilədə yer alan bənddə bildirilir ki, iki nəhəng komandadan biri Superkubokda yer almasa, federasiyanın qazancı 35 milyon avroya enəcək.

Cari mövsüm həm “Real”, həm də “Barselona” ölkə kubokunda mübarizəni dayandırıblar. Bu isə o deməkdir ki, komandaların Superkubokda iştirak üçün yeganə çıxış yolları La Liqada mövsümü ilk iki sırada bitirməkdir.

Qeyd edək ki, İspaniya Superkuboku 4 komandanın iştirakı ilə keçirilir. La Liqada ilk iki yeri tutanlar və ölkə kubokunun finalçıları bu turnirə qatılmaq hüququna yiyələnirlər.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti