Vinisius Junior "Real" rəhbərliyinə müqavilənin uzadılması aprel ayına qədər həll olunmazsa, klubdan ayrılmağa hazır olduğunu açıq şəkildə bildirib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Nasser Əl-Xelaifinin rəhbərlik etdiyi Paris klubu PSJ-nin braziliyalı hücumçuya böyük maraq göstərdiyi bildirilir. Şayiələrə görə, Vinisius təxminən 30 milyon avro maaş gözləyir.
Vinisius Junior 2018-ci ildə "Flamenqo"dan 45 milyon avroya "Real"a keçib. O, bu mövsüm "Kral klubu"nda 31 oyunda meydana çıxıb, yeddi qol vurub və 11 məhsuldar ötürmə edib.
Vinisiusun "Real" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir və "Transfermarkt"a görə, onun bazar dəyəri 150 milyon avrodur.
Vinisius Junior futbol