IMG-LOGO

Mixael Şumaxer yataq xəstəsi deyil: “Formula 1” əfsanəsinin səhhəti ilə bağlı YENİ MƏLUMAT

27 Jan 2026 18:06 2 baxış
IMG
0 0

Yeddiqat “Formula 1” çempionu Mixael Şumaxer xizək sürərkən yıxıldıqdan sonra 12 ildən çoxdur ki, ictimaiyyət qarşısına çıxmır.

Lent.az-ın xəbərinə görə, bu arada, “Daily Mail” bir neçə mənbəyə istinadən keçmiş yarış sürücüsünün artıq yataq xəstəsi olmadığını bildirib. Artıq o, tibb işçilərinin köməyi ilə əlil arabasında oturub evində hərəkət edə bilir.

Əvvəllər media orqanları Mixaelin yalnız sakit uzanıb gözləri vasitəsilə başqaları ilə ünsiyyət qura bildiyini iddia edib. Lakin bir neçə şahid bunun belə olmadığını bildirib.

"Onun hər şeyi başa düşüb-düşmədiyini dəqiq demək mümkün deyil, çünki o, bunu deyə bilmir. Ətrafında baş verənlərin bəzilərindən xəbərdar olduğu hiss olunur, amma yəqin ki, hər şeydən xəbərdar deyil", - bir mənbə bildirib.

"Daily Mail" qəzeti həmçinin qeyd edir ki, keçmiş yarış sürücüsü 2013-cü il dekabrın 23-də baş verən qəzadan bəri görünməyib. 

 

Mixael Şumaxer Formula-1

Xəbər lenti