"Neftçi" qapıçısı Rza Cəfərovu "Qəbələ" komandasına icarəyə verib.
"Report" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Bunan başqa, Bakı klubu "əlcək sahibi"nin müqaviləsinin müddətini 2027/2028 mövsümünün sonunadək artırıb.
Rza Cəfərov satınalma şərti olmadan cari mövsümün sonunadək "Qəbələ"də çıxış edəcək.
Qeyd edək ki, 2022/2023 mövsümündən "Neftçi"nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.


