IMG-LOGO

Misir millisinin futbolçusu məşqdə başından ciddi zədə alıb

25.01.2024 12:08 65 baxış
IMG

Misir millisinin futbolçusu İmam Aşur məşqdə başından ciddi zədə alıb.

"Report" xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Dərhal xəstəxanaya çatdırılan 25 yaşlı yarımmüdafiəçinin beyin sarsıntısı keçirdiyi məlum olub. Hazırda onun vəziyyətinin sabit olduğu vurğulanıb. Ölkəsində "Əl-Əhli" klubunun şərəfini qoruyan futbolçu 24 saat həkimlərin nəzarətində qalacaq.

O, böyük ehtimalla yanvarın 28-də Konqo Demokratik Respublikasının komandası ilə Afrika Millətlər Kubokunun 1/8 final oyununu buraxacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti