Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) akademiyasının yetirməsi olmayan futbolçuların alqı-satqısından ən çox gəlir əldə edən və ziyana düşən klubların adlarını açıqlayıb.
“Report” xəbər verir ki, araşdırma 2014-2023-cü illəri əhatə edib.
Fransanın “Lill” klubu yetirməsi olmayan futbolçuların alqı-satqısı zamanı ən yüksək balansa sahibdir. Adıçəkilən komanda 386 milyon avro qazanc götürüb. Seleksiya işi ən uğursuz olan İspaniya “Barselona”sı isə bu müddətdə 631 milyon avro itirib.
Ən çox qazanc əldə edən klublar: 1. “Lill” (Fransa) – 386 milyon avro 2. “Ayaks” (Niderland) - 317 milyon 3. “Zaltsburq” (Avstriya) - 233 milyon 4. “Monako” (Fransa) - 218 milyon 5. “Leyptsiq” (Almaniya) - 216 milyon 6. “Sassuolo” (İtaliya) – 208 milyon 7-8. “Benfika” (Portuqaliya) – 200 milyon 7-8. “Atalanta” (İtaliya) – 200 milyon 9. “Ayntraxt” (Almaniya) – 182 milyon 10. “Sportinq” (Portuqaliya) – 169 milyon
Ən çox ziyana düşən klublar: 1. “Barselona” (İspaniya) - 631 milyon 2. “Çelsi” (İngiltərə) - 483 milyon 3. “Arsenal” (İngiltərə) - 436 milyon 4. PSJ (Fransa) - 410 milyon 5. “Mançester Yunayted” (İngiltərə) - 328 milyon 6. “Milan” (İtaliya) – 298 milyon 7. “Aston Villa” (İngiltərə) – 256 milyon 8. “Everton” (İngiltərə) – 251 milyon 9. “Liverpul” (İngiltərə) – 249 milyon 10. “Yuventus” (İtaliya) – 219 milyon
Bizim WhatsApp kanalımıza abunə olun