İspaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Atletik” evində “Barselona”nı qəbul edib.
"Report" xəbər verir ki, qarşılaşma “San-Mames” stadionunda keçirilib.
Matçda meydan sahibləri 4:2 hesabı ilə qalib gəliblər. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac yaranıb. “Atletik”in heyətində Qorka Quruseta və Oyan Sanse fərqləniblər. “Barsa”dan isə Robert Levandovski və Lamin Yamal rəqib qapısına yol tapıblar.
106-cı dəqiqədə İnyaki Uilyams “Atletik”i hesabda önə çıxarıb. Görüşdə yekun nöqtəni 120-ci dəqiqədə N.Uilyams qoyub.
Beləliklə “Atletik” kubokun yarımfinalına vəsiqə qazanıb. “Barselona” isə turnirlə vidalaşıb.
Bizim WhatsApp kanalımıza abunə olun