IMG-LOGO

"Valensiya" Argentina millisinin futbolçusunu heyətinə qatıb

26 Jan 2026 22:23 3 baxış
IMG

İspaniya La Liqası təmsilçisi "Valensiya" İngiltərənin "Vest Hem" komandasının futbolçusu Qvido Rodriqesi heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə "yarasalar"ın mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi cari mövsüm "çəkicdöyənlər"in heyətində 8 oyunda meydana çıxıb.

Qeyd edək ki, Rodriqes Argentina millisində 30 oyunda 1 qol vurub.

Xəbər lenti