IMG-LOGO

PSJ "Barselona"nın istedadını transfer edəcək

26 Jan 2026 19:46 3 baxış
IMG
2 0

Parislilər "Barselona"nın yetişdirməsi olan daha bir istedadlı futbolçu müqavilə imzalamağa yaxındırlar. 

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, PSJ 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Dro Fernandesin transferi üçün kataloniyalılarla razılığa gəlib. Gənc ispan futbolçunun tezliklə Fransa paytaxtına gələcəyi gözlənilir.

Fernandesin sərbəst qalma məbləği cəmi 6 milyon avrodur. Daha əvvəl onun oyun vaxtı az olduğu üçün "Barselona"dan ayrılmaq istədiyi bildirilib - o, bu mövsüm beş oyunda meydana çıxıb və cəmi 148 dəqiqə meydanda olub.  

Dro Fernandes yariımmüdafiəçi futbol İspaniya Barselona

Xəbər lenti