21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Raul Məmmədovun yeni klubu bəlli olub.
"Report" xəbər verir ki, I Liqa təmsilçisi "Səbail" yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb.
O, mövsümün sonunadək "Turan Tovuz"dan icarəyə götürülüb.