İtaliyanın "Milan" klubu "Latsio"da çıxış edən futbolçu Mario Hila ilə maraqlanır.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, "rossonerilər" 25 yaşlı müdafiəçi üçün 20 milyon avro ödəməyə hazırdır.
Milan klubu transferi yayda yekunlaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Mario Hila 2022-ci ildə İspaniyanın "Real" klubunun gənclər komandasından "Latsio"ya keçib. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.