IMG-LOGO

Mixael Şumaxer artıq yataq xəstəsi deyil

26 Jan 2026 13:11 3 baxış
IMG

"Formula-1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhətində müsbət irəliləyiş qeydə alınıb və o, artıq yataq xəstəsi deyil.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, əfsanəvi pilot hazırda Mayorka dağ silsiləsindəki malikanəsindədir.

Almaniyalı sabiq sürücü tibb bacısı və terapevtin köməyi ilə əlil arabasında hərəkət edə bilir.

57 yaşlı Şumaxer 2013-cü ildə peşəkar karyerasını bitirdikdən sonra Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması alıb. Uzun müddət yataq xəstəsi olan və süni tənəffüs aparatına qoşulan sabiq pilotun son vəziyyəti barədə məlumatlar gizli saxlanılırdı.

Qeyd edək ki, M.Şumaxer "Formula-1" tarixinin ən yaxşı pilotlarından biri hesab olunur. O, qazandığı qələbə (91), podium (155) və poul-pozisiya (68) sayına görə yalnız britaniyalı Lyuis Hemiltondan geri qalaraq siyahıda ikinci pillədə qərarlaşıb.

Xəbər lenti