IMG-LOGO

"Sabah" Ayaz Quliyevin komandadan ayrılmasının səbəbini açıqlayıb

26 Jan 2026 13:57 4 baxış
IMG

"Sabah" Ayaz Quliyevin komandadan ayrılmasının səbəbini açıqlayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

O, 29 yaşlı yarımmüdafiəçinin başqa klubdan təklif aldığını və komandadan ayrılmaq istədiyini bildirib:

"Ayaz Quliyevin "Sabah"la müqaviləsinin müddəti mövsümün sonunda başa çatırdı. Onun Rusiyadan təklifi var idi. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Ayaza xidmətlərinə görə təşəkkür edir, karyerasında uğurlar arzulayırıq".

Qeyd edək ki, Ayaz Quliyev 2023-cü ildən "Sabah"da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib. Futbolçunun "Rusiya"nın "Arsenal" klubuna keçəcəyi gözlənilir.

Xəbər lenti