IMG-LOGO

UEFA Çempionlar Liqası: "Liverpul"un "Qarabağ" azarkeşləri üçün ayırdığı biletlər tükənib

26 Jan 2026 11:24 2 baxış
IMG

İngiltərənin "Liverpul" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyunu üçün "Qarabağ"a ayırdığı biletlər tükənib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Səfərdə baş tutacaq qarşılaşmada "köhlən atlar"ı təxminən 1250 azarkeş dəstəkləyəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu gün, saat 15:00-da İngiltərəyə yollanacaq.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər lenti