Niderlandın "Ayaks" klubu cari mövsümün ilk yarısını icarə əsasında "Nottinqem Forest"də keçirən Aleksandr Zinçenkonu heyətinə qatmaq üçün razılıq əldə edib.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, Amsterdam təmsilçisi 29 yaşlı ukraynalı futbolçunun tibbi müayinəsini davam etdirəcək və yaxın vaxtlarda 6 aylıq müqavilənin rəsmiləşdirilməsini yekunlaşdıracaq.
Tərəflər oyunçunun gələcək taleyini yayda müzakirə etməyi planlaşdırırlar. Daha əvvəl "Nottinqem Forest"in futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam vermək niyyətində olduğu barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, müqavilə ilə "Arsenal"a məxsus olan A.Zinçenko cari mövsümdə iştirak etdiyi 10 matçda məhsuldar göstəricilərlə yadda qalmayıb.