İsrail Ordusu son girov Ran Qvilinin meyitinin qalıqlarını axtarmaq üçün Qəzza zolağının şimalında genişmiqyaslı əməliyyat keçirir.
"Report"un məlumatına görə, bu barədə Baş nazir Benyamin Netanyahunun Dəftərxanası xəbər verib.
"İsrail Ordusu girov Ran Qvilinin meyitinin qalıqlarını axtarmaq üçün genişmiqyaslı əməliyyat keçirir. Əməliyyat Qəzza zolağının şimalındakı qəbiristanlıqda aparılır və bütün mövcud kəşfiyyat məlumatlarından istifadə ilə axtarış əməliyyatlarını əhatə edir", - açıqlamada bildirilir.
Dəftərxana bildirib ki, bu səylər lazım olduğu qədər davam edəcək.