IMG-LOGO

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Jan 2026 15:48 2 baxış
IMG
1 0

Neftçalada ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Surra kəndində qeydə alınıb.

"VAZ-2106" markalı minik avtomobili və "Ford" markalı mikroavtobus toqquşub. Nəticədə minik avtomobilinin sərnişini 15 yaşlı M. Ələkbərov aldığı xəsarətlərdən ölüb. Sürücü isə xəsarət alıb.

Məlumata görə, hadisə zamanı minik avtomobilində bir ailə - M. Ələkbərovun valideynləri və qardaşı olub. Onların yüngül xəsarət aldıqları bildirilir.

Araşdırma aparılır.

Hadisələr

Xəbər lenti