IMG-LOGO

Səfər Əbiyevin oğlunun 20 nəfərə borcu var - FOTOFAKT

22 Jan 2026 18:27 4 baxış
IMG
0 0

Keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Roman Əbiyevin 20 nəfərə borcu var.

Lent.az "Bakupost"a istinadən xəbər verir ki, zərərçəkənlərin bildirdiyinə görə, onlar Roman Əbiyevə məxsus və onun tərəfindən idarə olunan “Alatava Pub” obyektini uzun müddət ərzaq məhsulları ilə təmin ediblər. Lakin təxminən bir ilə yaxındır ki, ödənişlər demək olar ki, dayandırılıb.

Şikayətçilərin sözlərinə görə, hazırda sabiq nazirin oğlundan 20 şəxsin alacağı var və ümumi borc məbləği təxminən 119 min 500 manat təşkil edir. Onlar iddia edirlər ki, Roman Əbiyev obyektə tez-tez gəlsə də, onunla birbaşa görüşmək mümkün olmur. Bildirilir ki, danışıqlar əsasən restoranın meneceri Aynurə Seyidova adlı şəxs vasitəsilə aparılıb. O da əvvəlcə vaxt istəyib, sonradan isə borcun ödənliməsindən imtina edib.

Məsələ ilə bağlı danışan Aynurə Seyidova bildirib ki, qeyd olunan borc yeni məsələ deyil və ödənişlərin gecikməsi restoranın fəaliyyətinin ciddi şəkildə zəifləməsi ilə əlaqədardır.

Onun sözlərinə görə, yaranmış vəziyyətdən Roman Əbiyevin də məlumatı var:

“Bu, çoxdanın məsələsidir. Təəssüf ki, hazırda borcu ödəməyə imkan yoxdur. Restoranın işi xeyli zəifləyib. Məncə bizim rəhbərliyin də pulu yoxdu ki, borcları ödəsin və bizi bu bəladan qurtarsın”.

Hadisələr Səfər Əbiyev Səfər Əbiyevin oğlu Roman Əbiyev

Xəbər lenti