IMG-LOGO

Bakıda bacı-qardaşın yanaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

24 Jan 2026 11:15 3 baxış
IMG

Ötən gün Səbail rayonunda iki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanılıb.

"Report"un əldə etdiyi xəbərə görə, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi, 17-ci küçədə yaşayan 1956-cı il təvəllüdlü Nəbiyeva Rəna Mahmud qızı və qardaşı- 1951-ci il təvəllüdlü Nəbiyev Firidun Mahmud oğlu yaşadıqları evin mətbəxində baş vermiş yanğın nəticəsində ölüblər.

Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Xəbər lenti