IMG-LOGO

"Dalton İntizar" Azərbaycanda saxlanıldı - CİNAYƏTLƏRİ

24 Jan 2026 11:09 2 baxış
IMG
0 0

Türkiyənin axtarışa verdiyi “Daltonlar” adlı cinayətkar qruplaşmanın üzvü Azərbaycanda saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, söhbət qruplaşmaya təlimat verən əslən türkmənistanlı professional qəfəs döyüşçüsü, “Dalton İntizar” kod adlı İntizar Babaniyazovdan gedir.

Qeyd olunur ki, o, Azərbaycanda saxlanılaraq, Türkiyəyə ekstradisiya olunub. Babaniyazov Türkiyədə məhkəmə qərarı ilə həbs olunaraq, cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Bildirilir ki, İntizar Babaniyazov “Daltonlar” tərəfindən təşkil olıunan bəzi silahlı hücumların təlimatlarını verib. Həmçinin xaricdən zənglər vasitəsilə müəyyən şəxsləri hədələyərək, qruplaşma üçün pul tələb edib.

Dalton İntizar Daltonlar İntizar Babaniyazov

Xəbər lenti