IMG-LOGO

ABŞ Sakit Okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib

24 Jan 2026 03:30 3 baxış
IMG

ABŞ-nin Silahlı Qüvvələri Sakit Okeanın şərq hissəsində narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib.

"Report"un xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"Kəşfiyyat gəminin Sakit Okeanın şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", - paylaşımda bildirilir.

Zərbə nəticəsində iki nəfər həlak olub, biri sağ qalıb. Komandanlıq bununla bağlı Sahil Mühafizəsinə axtarış-xilasetmə sistemini aktivləşdirmək üçün məlumat verib.

Xəbər lenti