Ötən il Gürcüstan Azərbaycana 6,2 milyon ABŞ dolları dəyərində 6 min 701 ton banan ixrac edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 6,6 dəfə və 6 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstandan analoji məhsullar tədarük edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
2025-ci ildə Gürcüstan xarici ölkələrə 9 milyon ABŞ dolları dəyərində 9 min 779 ton banan satıb ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 72 % və 58 % çoxdur.
Hesabat dövründə Gürcüstandan Tacikistana 1,2 milyon ABŞ dolları dəyərində 1 min 283 ton, Türkmənistana 966 min ABŞ dolları dəyərində 1 min 62 ton, Ermənistana 223 min ABŞ dolları dəyərində 241 ton, Türkiyəyə 220 min ABŞ dollar dəyərində 264 ton banan göndərilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricə 5,2 milyon ABŞ dolları dəyərində 6 min 200 ton banan satıb ki, bunun da 945 min ABŞ dolları dəyərində 1 min 113 tonu Azərbaycanın payına düşüb.