IMG-LOGO

Bakıda VİLLADA YANĞIN: 2 nəfər öldü - YENİLƏNİB

23 Jan 2026 16:41 3 baxış
IMG
5 0

Bakıda iki nəfərin öldüyü yanğın Badamdar qəsəbəsindəki villalardan birində qeydə alınıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Mustafayeva Nailə Qorxmaz qızına məxsus 3 mərtəbəli villanın həyətindəki tikili yanıb.

Nəticədə ərazidən ev sahibinin qaynatası, 1951-ci il təvəllüdlü Nəbiyev Firuddin Mahmud oğlu və onun bacısı, 1955-ci il təvəllüdlü Nəbiyeva Rəna Mahmud qızı yanaraq ölüblər. 

***

saat 15:40

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində yanğın olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Hadisələr

Xəbər lenti