IMG-LOGO

Azərbaycan Basketbol Liqası: "Quba" "Lənkəran"ı məğlub edib

23 Jan 2026 16:36 3 baxış
IMG

Azərbaycan Basketbol Liqasının XIV turunda "Quba" "Lənkəran"ı məğlub edib.

"Report" xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma meydan sahiblərinin 86:68 hesablı qələbəsi ilə başa çatıb.

Günün son görüşündə "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Oyun "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da başlanacaq.

Qeyd edək ki, XIV tura yanvarın 25-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Ordu"nu məğlub edib - 100:96.

Xəbər lenti