IMG-LOGO

"3 gün ərzində cəmi bir velosiped keçir" - Deputat xüsusi zolaqlardan şikayətləndi

23 Jan 2026 11:11 2 baxış
IMG
2 0

Milli Məclisin deputatı Hikmət Babaoğlu istifadə olunmayan velosiped zolaqlarının yolları daraltmasından şikayətlənib.

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Babaoğlu deyib ki, yolların işarələnməsi, yeni velosiped zolaqların salınması ilə yolların daraldılmasına şahidlik edirik.

"Bu, lazımdırmı? Harada zəruridirsə, orada bu işlər aparılmalıdır. Gəlin bir ölçmə aparaq, görək o yollardan neçə nəfər keçir. Əgər o yollardan 3 gün ərzində cəmi bir velosiped keçirsə, yolu daraltmağın nə əhəmiyyəti var?”, - deyə deputat qeyd edib./ APA

Milli Məclisin deputatı

Xəbər lenti