IMG-LOGO

Evdəki əhvalınızı ciddi pisləşdirə və stressi artıra biləcək şeylər

23 Jan 2026 12:17 3 baxış
IMG
30 0

Evdəki qarışıqlıq təkcə əşyaların yerində olmaması demək deyil.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, zamanla stress səviyyəsini artırır, diqqəti azaldır və emosional vəziyyətə təsir edərək insanı səbəbsiz yerə yorğun və əsəbi hiss etdirə bilər.

Qarışıqlıq psixi sağlamlığa necə təsir edir?

Beyni daha çox yükləyir

Terapevt Stefani Stil-Ren bildirir ki, qarışıqlıq beyində “koqnitiv yükü” artırır. Yəni beynin gündəlik tapşırıqları yerinə yetirməsi üçün daha çox enerji və diqqət sərf etməsinə səbəb olur. Çünki qarışıqlıq olan mühitdə beyin göz önündə olan hər bir əşyanı görür, onu “qiymətləndirir” və daim reaksiya verməyə çalışır.

Bu isə fərqinə varmadan davamlı gərginlik yaradır, diqqəti toplamağı çətinləşdirir və enerjini azaldır. Nəticədə işdə və münasibətlərdə məmnunluq aşağı düşə, hətta əhval pisləşə bilər.

Utanc və özünü qınama hissi yaradır

Qarışıqlıq insanın özündə utanc hissi və ya özünü tənqid etməsinə səbəb ola bilər. Çünki insan bunu “pis bir hal” və ya “şəxsi uğursuzluq” kimi qəbul edir. Bu cür düşüncə isə evdə rahatlıq və təhlükəsizlik hissini azalda bilər.

Sinir sisteminin işini pozur

Qarışıqlıq evdə sanki “hisslər xaosu” yaradır. Bu da istirahəti çətinləşdirir, bir işdən digərinə keçməyi ağırlaşdırır və evdə sakitlik tapmağı mümkünsüz edə bilər. Qarışıqlıq artdıqca stress və narahatlıq da artır. Bu, kortizolun (stress hormonu) yüksəlməsinə, ümumi “yüklənmişlik” hissinə səbəb ola bilər və həyatın digər sahələrinə də təsir göstərə bilər.

Yüksək stress isə nəticədə:

əsəbilik,

yuxu keyfiyyətinin pisləşməsi,

münasibətlərin gərginləşməsi,

gündəlik problemlərlə mübarizə gücünün azalması,

depressiya ilə mübarizənin çətinləşməsi,

hətta bəzi xəstəlik risklərinin artması kimi problemlərə gətirib çıxara bilər.

Diqqəti toplamağı çətinləşdirir

Vizual olaraq çox “dolu” və qarışıq məkanlar diqqəti daim özünə çəkir. Bu da beyində davamlı yüklənmə yaradır və konsentrasiyanı zəiflədir.

Nəticədə insan:

zehni yorğunluq,

məqsədlərin yarımçıq qalması,

işlərin gecikməsi və tapşırıqların üst-üstə yığılması ilə üzləşə bilər.

Qarışıqlığı azaltmaq üçün məsləhətlər

Əvvəlcə işi kiçik hissələrə bölün. Tək bir səthdən başlayın: məsələn, yatağın yanındakı tumbadan və ya hamamdakı bir rəfdən. Yığışdırmanı sizi rahatladan bir şeylə birləşdirin: məsələn, musiqi dinləyin. Əgər iş çox böyük görünürsə, kömək istəyin. Bir rəfiqənizi çağırın. İmkan varsa, bunu şən musiqi və yüngül yeməklə daha xoş hala gətirin.  

Ev hansı ev əşyaları sizi pis edir

Xəbər lenti