"Azur Air" aviaşirkətinin Çin üzərində həyəcan siqnalı verən təyyarəsi Lançjouda planlaşdırılmamış eniş üçün hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat verib.
Bildirilib ki, təyyarənin göyərtəsində 238 sərnişin var.
Məlumata görə, Phuket-Barnaul reysini yerinə yetirən "Azur Air" aviaşirkətinə məxsus olan "Boeing 757" sərnişin təyyarəsi Çin ərazisi üzərindən keçərkən təhlükə siqnalı verib.