IMG-LOGO

Bakıda "Nar Naxışı" festivalı keçiriləcək

23 Jan 2026 10:13 3 baxış
IMG

Azərbaycanda istehsal olunan məhsulların tanıdılması məqsədi ilə Bakıda "Nar Naxışı" festivalı keçiriləcək.

Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, tədbir yanvarın 25-də AZPROMO və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.

Festivalın rəsmi açılış mərasimi saat 14:00-da diplomatik korpus təmsilçilərinin, dövlət qurumlarının, aidiyyəti təşkilatların nümayəndələrinin və biznes ictimaiyyətinin iştirakı ilə baş tutacaq.

Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunurlar.

Xəbər lenti