IMG-LOGO

Fariz İsmayılzadə: "Bakının CECECO-nun qərargahı seçilməsi Azərbaycan diplomatiyasının qələbəsidir"

23 Jan 2026 10:02 47 baxış
IMG

İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) qərargahı olaraq Bakının seçilməsi Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ali təhsil ocağında Beynəlxalq Təmiz Enerji Günü Münasibətilə keçirilən dəyirmi masada bildirib.

"Bu, əslində, Bakının dünya diplomatiya mərkəzinə çevrilməsidir. Azərbaycanda artıq bir sıra beynəlxalq təşkilatlar, o cümlədən bu yaxınlarda yaradılmış bu beynəlxalq enerji mərkəzi öz ofislərini açıb", - F.İsmayılzadə qeyd edib.

Mənbə: report.az

Xəbər lenti