IMG-LOGO

İlham Əliyev: Sülh Şurası qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmlidir

22 Jan 2026 16:38 2 baxış
IMG

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə yaradılan Sülh Şurasının Yaxın Şərqdə sülhü möhkəmləndirmək baxımından önəmli olduğunu bəyan edib.

"Report"un İsveçrəyə ezam olunan müxbirinin məlumatına görə, Davosda iki ölkə prezidentinin görüşü zamanı İlham Əliyev Sülh Şurasının qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmini qeyd edib.

Görüşdə Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və Azərbaycanın dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirildi.

Xəbər lenti