NATO baş katibinin müavini Radmila Şekerinska Azərbaycanın Alyansın çox dəyərli tərəfdaşı olduğunu bildirib.
"Report" xəbər verir ki, o, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşün nəticələri ilə bağlı "X" sosial şəbəkəsində yazıb.
"Ceyhun Bayramovla yenidən görüşməyimə şadam. Azərbaycan NATO-nun çox dəyərli tərəfdaşıdır. Biz tərəfdaşlığın daha da möhkəmlənməsini, Ermənistan və Azərbaycan arasında sülh prosesinin regional sabitliyə töhfəsini, həmçinin daha geniş avroatlantik və qlobal təhlükəsizlik çağırışlarını müzakirə etdik", - o yazıb.