IMG-LOGO

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib

22 Jan 2026 11:13 3 baxış
IMG

Azərbaycanın I Liqa təmsilçisi "Səbail" dövrələrarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Qurban Səfərovu heyətinə qatıb.

Son olaraq "Mingəçevir"də çıxış etmiş U-21 millimizin üzvü ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Xəbər lenti