IMG-LOGO

Ermənistanın bu il xarici kreditlərə olan ehtiyacı 675 milyon dollara yaxındır

22 Jan 2026 11:45 4 baxış
IMG

Ermənistan Asiya İnkişaf Bankından (ADB) büdcə ehtiyacları üçün 150 milyon ABŞ dolları məbləğində kredit əldə edəcək.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, kredit sazişinin layihəsi bu gün Ermənistan hökumətinin iclasında təsdiqlənib.

Vəsaitlər konkret xərc maddələrinə bağlanmadan, büdcənin ümumi doldurulması üçün nəzərdə tutulacaq. Bununla yanaşı, hökumət bankın dəstəyi ilə (kredit məbləği çərçivəsində) infrastruktur investisiyaları üzərində maliyyə nəzarətinin yaxşılaşdırılması, həmçinin dövlət istiqrazları bazarının inkişafı ilə bağlı işlər aparacaq. Kredit müddəti üç illik güzəşt dövrü ilə 15 il, faiz dərəcəsi isə dəyişkən (beynəlxalq SOFR dərəcəsi + 0,97 % ümumi marja) olacaq. Hazırkı SOFR dərəcəsini (3,69 %) nəzərə alsaq, təsdiq zamanı kredit dərəcəsi 4,66 % təşkil edəcək.

Maliyyə Nazirliyi Ermənistanın 2026-cı ildə xarici kreditlərə olan ehtiyacını təxminən 675 milyon ABŞ dolları məbləğində qiymətləndirib.

Xəbər lenti