IMG-LOGO

Səfir: Ukrayna Azərbaycanla strateji əməkdaşlığı dərinləşdirmək niyyətindədir

22 Jan 2026 11:50 4 baxış
IMG

Ukrayna 2026-cı ildə Azərbaycanla hərtərəfli əməkdaşlığı daha da dərinləşdirməyi və bir sıra əsas sahələrdə birgə layihələr həyata keçirməyi hədəfləyir.

"Report"un məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukraynanın Birlik Gününə həsr olunmuş məqaləsində yazıb.

Onun sözlərinə görə, prioritet əməkdaşlıq istiqamətləri energetika, nəqliyyat və logistika, investisiyaların cəlb edilməsi, eləcə də, səhiyyə, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafıdır.

Diplomat vurğulayıb ki, Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafı bundan sonra da regional təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi artıma və suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsiplərinə əsaslanan ədalətli dünyanın formalaşmasına töhfə verəcək.

"Ukrayna və Azərbaycanın strateji tərəfdaşlığı Qara dəniz-Xəzər regionunda təhlükəsizliyin, sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayır", - Y.Qusev qeyd edib.

Onun sözlərinə görə, Bakı və Kiyevin beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqəsi və qarşılıqlı dəstəyi ikitərəfli münasibətlərin strateji xarakterini təsdiqləyir.

Xəbər lenti