IMG-LOGO

Bakıda 19 yaşlı motosikletçi qəzada öldü - YENİLƏNİB

22 Jan 2026 09:40 2 baxış
IMG
14 0

Bakıda 19 yaşlı oğlan yol qəzasında həlak olub.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində qeydə alınıb.

32 yaşlı Şəfizadə Tural Cəmşid oğlunun idarə etdiyi “Renault Megane” markalı avtomobillə 19 yaşlı Səfərli Ramal Elnur oğlunun idarə etdiyi “İhondza FX32” markalı motosiklet toqquşub. Nəticədə motosiklet sürücüsü aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

*** 21 yanvar, saat: 22:35

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə motosikletlə “Renault” markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, motosikletin sürücüsü ağır dərəcəli bədən xəsarətləri alıb və huşsuz vəziyyətdə təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Əraziyə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

qəza

Xəbər lenti