Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
"Report"un məlumatına görə, komanda Bakı İdman Sarayında Danimarka seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, yığmalar yanvarın 24-də eyni arenada yenidən üz-üzə gələcəklər.