IMG-LOGO

Tramp Avropanın siyasi və iqtisadi kursunu tənqid edib

21 Jan 2026 18:44 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı (DİF) çıxışında Avropanın siyasi və iqtisadi kursunu tənqid edib.

"Report"un Davosa ezam olunan əməkdaşı xəbər verir ki, Trampın fikrincə, Avropa ölkələri lazım olan istiqamətdə deyil, başqa bir yolda irəliləyirlər.

"Avropanı sevirəm və istəyirəm ki, Avropa çiçəklənsin, amma hazırda o düzgün istiqamətdə hərəkət etmir", – deyə Tramp Dünya İqtisadi Forumunda bildirib.

O qeyd edib ki, Avropanın bəzi yerləri açığı, artıq tanınmaz haldadır".

Amerikalı lider vurğulayıb ki, bu dəyişikliklər müsbət yox, mənfi istiqamətdə baş verir. Xüsusilə, o Avropanın miqrasiya siyasətini və enerji sahəsindəki siyasətini tənqid edib.

Trampın sözlərinə görə, son onilliklərdə belə bir ümumi qəbul olunmuş fikir formalaşıb ki, guya iqtisadi artım daim artan dövlət xərclərindən, genişmiqyaslı miqrasiyadan və xaricdən idxaldan asılıdır.

"Hamı razılaşdı ki, guya "çirkli işlər" və ağır sənaye başqa yerlərə köçürülməlidir, əlçatan enerji yeni "yaşıl fırıldaq"la əvəzlənməlidir və ölkələr uzaq diyarlardan tamamilə fərqli yeni əhalinin miqrasiyası hesabına dəstəklənə bilər", – deyə o əlavə edib.

Xəbər lenti