IMG-LOGO

Tramp Putinə münaqişələrin həlli üzrə necə "master-klass" keçdiyini danışıb

21 Jan 2026 18:51 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasından sonra Rusiya Prezidenti Vladimir Putin onunla əlaqə saxlayıb.

"Report" xəbər verir ki, o bu barədə Davos İqtisadi Forumunda çıxışı zamanı bildirib.

"Prezident Putin mənə zəng edərək deyib ki, bu münaqişəni həll etməyimə inana bilmir. Münaqişə 35 ildir davam edirdi, mən isə onu bir gündə həll etdim. O qeyd edib ki, 10 il ərzində münaqişəni həll etməyə çalışıb, lakin uğursuz olub", - Tramp deyib.

ABŞ Prezidenti qeyd edib ki, söhbət zamanı o, Rusiya liderinə Ukraynada münaqişənin həllinə diqqət yetirməyi məsləhət görüb.

"Mən ona dedim: xahiş edirəm, diqqətini öz müharibənizi bitirməyə yönəlt, bu məsələ barədə isə narahat olma". – o vurğulayıb.

Xəbər lenti