IMG-LOGO

Bu gün Davosda Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü keçiriləcək

21 Jan 2026 15:54 2 baxış
IMG

Ukraynanın danışıqlar üzrə nümayəndə heyəti yanvarın 21-də Davosda ABŞ heyəti ilə danışıqlar aparacaq.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi mənbəyə istinadən məlumat yayıb.

"Axşama planlaşdırılıb", - o bildirib.

ABŞ ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umеrov, Prezident Ofisinin rəhbəri Kirill Budanov və parlamentin "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Arahamiya Davosda artıq bir sıra görüşlər keçiriblər.

R.Umеrov yanvarın 20-də sosial şəbəkələrdə yazıb ki, D.Arahamiya ilə birlikdə Fransa, Almaniya və Böyük Britaniyanın milli təhlükəsizlik məsləhətçiləri ilə görüş keçirib. Tərəflər təhlükəsizlik zəmanətləri və gələcək diplomatik iş barədə yanaşmaları sinxronlaşdırıblar.

Rustem Umеrov təhlükəsizlik zəmanətləri, iqtisadi inkişaf və Ukraynanın bərpası üzrə tərəfdaşlarla növbəti görüşləri anons edib.

Xəbər lenti